ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris “107 gün” adlı xatirə kitabında etiraf edib ki, 2022-ci ildə Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə hərbi toqquşmanın qaçılmazlığına inandırıb. Onun sözlərinə görə, Zelenski ilə söhbət 2022-ci ilin fevralında Münhendə təhlükəsizlik görüşü zamanı baş tutub.
Herbiand.az bu barədə RBK-yə istinadən yazır.
Harris xatirələrində yazır ki, Zelenski ilə söhbət çox çətin olub. ABŞ-ın keçmiş vitse-prezidenti etiraf edib ki, onun məqsədi Zelenskini Rusiya ilə gözlənilən münaqişəyə inandırmaq olub, lakin Ukrayna lideri bunu eşitmək belə istəmirdi. Harris Zelenskiyə Ukrayna kəşfiyyatından fərqlənən Amerika kəşfiyyatının məlumatını təqdim edib: “Zelenski hələ də hesab edirdi ki, Putin sadəcə olaraq blef edir... Mənim işim onun sərt reallığı anlaması idi”.
Kitabda yazılanlara görə, bir anda Zelenski ondan nə etməli olduğunu soruşub. Buna cavab olaraq Harris ona “öz xalqını hazırlamağa”, yəni döyüşməyə başlamağı tövsiyə edib.
Bəxtiyar CƏFƏRLİ