Advertisment

"Qarabağ" "Çelsi"yə qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq.

Ağdam klubu Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

"Çelsi" hazırda turnir cədvəlində 13-cü, "Qarabağ" isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.

Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb.  Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.