Advertisment

“İsrailə dəstək sona çatarsa, ABŞ ilə əməkdaşlıq etməyi nəzərdən keçirərik” - Xamenei

İran ABŞ-ın əməkdaşlıq tələblərini yalnız İsrailə dəstəyini dayandırdığı və Vaşinqtonun Yaxın Şərqdəki siyasətini dəyişdirdiyi təqdirdə nəzərdən keçirməyə hazırdır.

Herbiand.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei X sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, amerikalılar bəzən İranla əməkdaşlıq etmək istədiklərini deyirlər: “Əgər ABŞ sionist rejiminə dəstəyindən tamamilə imtina edərsə, hərbi bazalarını dağıdarsa və bölgəyə müdaxiləni dayandırarsa, bunu nəzərdən keçirmək mümkün olacaq”.

Eyni zamanda, Xamenei əlavə edib ki, bunun yaxın gələcəkdə baş verəcəyini gözləmir.

Bəxtiyar CƏFƏRLİ