Başa düşməlisiniz ki, son beş ildə hakim partiyanın parlament fraksiyası Milli Assambleyanın bütün işini təkbaşına təmin edir. Müxalifət nümayəndələri nadir hallarda iclaslarda iştirak edir və ya çıxış etməli olduqları vaxt yalnız bir neçə nəfər gəlir.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu sözlləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan bu gün parlamentin işində yaranan fasiləni şərh edərkən bildirib.
"Onlar həmçinin beynəlxalq məkanlarda keçirilən tədbirlərdə iştirak etmirlər və biz bir əli ilə beynəlxalq məkanlara insanları göndəririk, digər əli ilə isə kvorum təmin edirik. Cəmi 10 dəqiqəlik gecikmə oldu. Yeni doğulmuş uşaqları olan dörd qadın millət vəkilimiz var. Eyni zamanda, işgüzar səfərlərdə olan insanlarımız da var." "Və təbii ki, əgər kimsə qəfildən yol hərəkəti və ya uşaq üzündən gecikərsə - oxşar bir şey baş verə bilər - onda iclas gec başlaya bilər. Bəli, Nikol Paşinyan həmin vaxt kvorum təmin edə bilməməyimizdən əsəbiləşdi", - Simonyan deyib.
Spiker bildirib ki, Paçinyan kvorum olmadığı üçün parlamrnti tərk edib: “Görüş oldu və baş nazir tezliklə qayıdacağını dedi".