Rumıniya Almaniyanın Rheinmetall müdafiə qrupu ilə tanklar və digər hərbi texnika üçün milyardlarla dollarlıq müqavilə bağlamağa yaxındır.
Herbiand.az bildirir ki, bu barədə The Defense Post qəzeti yazıb.
Qeyd edilib ki, Rheinmetall şirkəti tezliklə Rumıniyaya ümumi dəyəri 8 milyard avro (təxminən 9 milyard dollar) olan tanklar və digər hərbi texnikaların tədarükü proqramı üzrə müqavilə imzalaya bilər. İstehsalın böyük hissəsinin Rumıniyada baş tutacağı gözlənilir.
Tank proqramı Rumıniyanın yaxın tarixində ən böyük tədarükü olacaq. Parlament artıq ordunun 216 yeni əsas döyüş tankı və 76 dəstək maşın üçün tələbini təsdiqləyib. Çatdırılmaların 2026-cı ildə başlaması gözlənilir.
Rumıniya bundan əvvəl 2023-cü ildə ABŞ-dan 54 Abrams tankının alınması üçün təxminən 1 milyard dollarlıq müqavilə bağlayıb.
Bəxtiyar CƏFƏRLİ