1994-cü ildən bəri ölkə konstitusiyasında neytrallığı təsbit edilmiş Moldova, İsraildən ATMOS özüyeriyən artilleriya sistemi alıb.
Herbiand.az xəbər verir ki, haubitsa top sistemi gizli müqavilə çərçivəsində təhvil verilib.
Moldova ordusunun yeni silah sistemi ölkənin Müdafiə Nazirliyinin sosial media kanalında yerləşdirilən video sayəsində ortaya çıxıb. Videoda təlimlər göstərilib. Görüntülərə 4 batareyadan ibarət özüyeriyən haubitsa sistemi düşüb. Mütəxəssislər bunu Tatra 6x6 şassisinə əsaslanan İsrailin ATMOS 2000 artilleriya batareyası kimi tanıyıblar.
Haubitsa düşmənin şəxsi heyətini, artilleriya batareyalarını və mərmi qutularını məhv etmək üçün nəzərdə tutulub. Sistem geniş radius əhatəsi, sürətli yerləşdirilməsi və əhəmiyyətli atəş gücü ilə seçilir.
Açıq mənbələrdə özüyeriyən artilleriya qurğularının alınması və yerləşdirilməsi ilə bağlı heç bir məlumat yoxdur. Moldova hakimiyyəti bu barədə heç bir şərh verməyib.
Bəxtiyar CƏFƏRLİ