Advertisment

“Ukrayna Rusiya aktivlərindən əldə edilən gəliri silahlara xərcləyəcək” - Zelenski

Kiyev Avropa Komissiyasının Ukraynaya köçürməyi vəd etdiyi dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri öz müdafiə-sənaye kompleksini inkişaf etdirmək üçün istifadə etmək niyyətindədir.

Herbiand.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O, həmçinin bu vəsaitin bir hissəsinin yerli hərbi texnika və silah istehsalına istifadə olunacağını söyləyib: “Kiyev pulun bir hissəsini raket və hava hücumundan müdafiə sistemlərinin alınmasına xərcləyəcək. Pulun dondurulması bir şeydir, onu Ukraynaya vermək isə tamamilə başqadır. Təkcə silahlar üçün deyil. Biz bu pulu Ukraynada istehsal etmək üçün istifadə edəcəyik”.

Xatırladaq ki, 13 noyabrda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Birliyinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək Kiyevə milyardlarla avro ayırmaq niyyətində olduğunu açıqlayıb.

Bəxtiyar CƏFƏRLİ