Advertisment

Bir neçə Avropa ölkəsi Ukrayna üçün silah alınmasına 500 milyon dollar ayıracaq

Skandinaviya və Baltikyanı ölkələr ABŞ-dan Ukrayna üçün silah alınmasına 500 milyon dollar ayıracaq.

Herbiand.az xəbər verir ki, NATO-nun yaydığı məlumata görə, bu gün Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç PURL təşəbbüsü çərçivəsində ABŞ-dan Ukrayna üçün hərbi texnika və sursat alınmasını nəzərdə tutan 500 milyon dollarlıq birgə yardım paketini maliyyələşdirəcəklərini açıqlayıblar.

NATO-nun Baş katibi Mark Rutte həmin qərarı alqışlayıb və qeyd edib ki, Ukraynanın qış mərhələsinə girməsi fonunda bu cür avadanlıq son dərəcə vacibdir.