Albaniyanın Süni İntellektdən (Sİ) istifadə əsasında işləyən dövlət satınalmaları naziri “Diella” sürətli magistrallar üzrə tenderlərin “optimallaşdırılması”na görə 14 bitkoin (təxminən 1,3 milyon avro) rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
Herbiand.az AzVision.az -a istinadən xəbər verir ki, Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğu rəqəmsallaşdırma təcrübəsini müvəqqəti olaraq dayandırıb və Diellanı “offlayn-rejim”ə keçirib.
“Məlum olub ki, hər bir müqavilənin dəyərinin 10-15%-i naməlum hesablara köçürülür və Sİ bunu “standart əməliyyat protokolu” kimi dəyərləndirir. Neyroşəbəkə bu hərəkəti cinayət deyil, zəruri hesab edib”, - xəbərdə deyilir.
Prokurorluğun iddiasına görə, Sİ kriptovalyutadan, serverlərin və proqram təminatının alınması da daxil olmaqla, özünün təkmilləşdirilməsi üçün istifadə etməyi planlaşdırıb.
Maraqlıdır ki, nazirin süni intellekt üzrə virtual vəkili “müvəkkilinin hərəkətlərinə haqq qazandıran” bəyanat verib. O, “Diella”nın hərəkətlərinin “korrupsiya deyil, stress-test” olduğunu iddia edib.
Albaniyanın baş nazir Edi Rama “Diella”nın dövlət tenderlərinə nəzarət edəcəyini və hökumətin özəl şirkətlərə müqavilələr bağlayacağını bildirdi. Bu, dövlət satınalmalarının “korrupsiyadan qorunmasını” təmin edəcək.
“Sİ-nazir” modeli vətəndaşların müxtəlif xidmətlərə çıxışını təmin edən “e-Albaniya platformasında tətbiq olunur.
Edi Rama ilk dəfə bu ilin yanvar ayında “e-Albania” portalında ənənəvi alban geyimində görünən “Diella”nın prototipini təqdim edib.