Advertisment

Spitak zəlzələsindən 37 il ötür – Azərbaycandan gedən könüllülərə qoyulan abidə - FOTO

Otuz yeddi il əvvəl, 7 dekabr 1988-ci ildə indiki Ermənistan Respublikasının ərazisindən gücü Rixter şkalası üzrə 7.0 baldan çox olan zəlzələ baş verdi. Saat 11:41-də, episentri Spitak rayonu ərazisində olan zəlzələ Ermənistan SSR-in şimal bölgələrini ciddi dağntəılara məruz qoydu.

Herbiand.az xatırladır ki, 25 mindən çox insanın öldüyü zəlzələdə episentrə yaxın Spitak şəhəri yerlə bir oldu.

Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün humanitar yardıma gedən iki təyyarə Ermənistan ərazisində qəzaya uğradı, Onlardan biri biri Yuqoslaviyadan digəri isə Azərbaycandan gedən təyyarələr idi.

Təəssüf ki, Yuqoslavityadan gedən təyyarə barədə erməni mənbələri daima məlumat versə də Azərbaycandan yardıma gedən təyyarə barədə məlumat verilmir.

Azərbaycandan yardıma gedən təyyarənin qəzaya uğradılğı yerdə abidə qoyulsa da təyyarənin məhz Azərbaycandan gəldiyi barədə heç nə yazılmayıb.

Bəzi mənbələr Azərbaycandan gedən təyyarənin vurulduğunu bildirir.

Qəzaya uğrayan İL 76 təyyarəsində 69 nəfər könüllü və 10 nəfər ekipaj üzvündən yalnız bir nəfər sağ qurtulmuşdu.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş 77 nəfərə şəhid statusu verilib.

Sağ qalan Fəxrəddin Balayev 2010-cu ildə dünyasını dəyişib.