Əhval
Bilmədim…
Könlümü dünyaya açdığımı da,
Sevgimi aləmə saçdığımı da.
Şükür badəsini içdiyimi də,
Həyat gözəl imiş, olduqca gözəl!
Bilmədim…
Haqq yolun gəzdimi ruhum,
Cənnətin dadını sezdimi ruhum,
Cismimi qəflətdən üzddümü ruhum,
Həyat gözəl imiş, olduqca gözəl!
Bilmədim…
Eşqin istisindən doydumu ürək,
Yanmağı kənara qoydumu ürək?
Qismətinə razı oldumu ürək,
Həyat gözəl imiş, olduqca gözəl!
Bilmədim…
Dodaqlar toxunub qaynamaqdamı,
Gözlər qaçdı-qovdu oynamaqdamı.
Eşqdən yanan canın odlanmaqdamı,
Həyat gözəl imiş, olduqca gözəl!
Muallif: Mashhura Muhammad qizi
Tarjimon: Şahməmməd Dağlaroğlu