Advertisment

Çexiya Ukraynaya L-159 satmadı, əvəzində L-39 Skyfox təklif olundu

Çexiya Ukraynaya L-159 təyyarələrinin satışından imtina etdikdən sonra Aero Vodochody istehsalçı şirkəti Kiyevə alternativ variant təklif etməyi planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə Radio Praqa xəbər verib.

Məlumata görə, alternativ variant kimi L-39 Skyfox təyyarəsi təklif olunub. Təyyarə L-159-la müqayisədə istifadə üçün daha ucuz başa gələcək. Bundan əlavə təlim, yüngül döyüş missiyaları və dron əleyhinə əməliyyatlar üçün uyğundur.

Bəxtiyar CƏFƏRLİ