“Yüksəkdəqiqlikli komplekslər holdinqi (“Rostex”in bir hissəsi) ilk “Zubr” sistemlərini Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Herbiand.az bu barədə “Rostex”in mətbuat xidmətinə istinadən bildirir.
Məlumata görə, bu sistemlər infrastruktur obyektləri dronlardan qorumaq üçün nəzərdə tutulub. Sistemlərə daxil olan radarlar həm böyük, həm də kiçik hava hədəflərini aşkarlayır.
““Zubr” sistemi müstəqil olaraq dron aşkarlayır və onu avtomatik olaraq izləyir. Operatorun yalnız qərar verməsi və döyüş əmri verməsi lazımdır. Sınaq zamanı sistem kiçik və yüksək sürətli hədəflərə qarşı yüksək effektivlik nümayiş etdirdi”, - “Rostex”dən bildirilib.
Sistem dörd modul, idarəetmə mərkəzi və öz radar stansiyası ilə təchiz olunub. Sistemlər artıq infrastruktur obyektlərini qorumaq üçün növbətçiliyə başlayıblar.
Bəxtiyar CƏFƏRLİ