Advertisment

ABŞ-ın İran bayrağı altında üzən gəmini ələ keçirməsindən sonra fond bazarlarında dalğalanma yaranıb

Bazar ertəsi ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsin davamlılığı ilə bağlı narahatlıqlar artıb.

 

Bu barədə “Reuters“ məlumat verib.

 

Bildirilib ki, buna səbəb ABŞ-ın blokadanı yarmağa çalışan İran yük gəmisini ələ keçirdiyini açıqlaması və İranın buna cavab verəcəyini bildirməsidir.

 

Qeyd edilib ki, regionda daha davamlı sülhün qurulması istiqamətində səylər də qeyri-müəyyən görünür:

 

“Belə ki, İran ABŞ-ın atəşkəsin müddəti çərşənbə axşamı bitməmişdən əvvəl başlamağı planlaşdırdığı ikinci raund danışıqlarda iştirak etməyəcəyini bildirib.

 

ABŞ İran limanlarına blokadanı davam etdirir, İran isə Hörmüz boğazından keçən dəniz nəqliyyatına tətbiq etdiyi məhdudiyyətləri əvvəl qaldırıb, daha sonra yenidən bərpa edib”.

 

Hadisələr fonunda neft qiymətləri 5%-dən çox artıb, fond bazarlarında isə dalğalanma müşahidə olunub. Treyderlər atəşkəsin pozula biləcəyindən və Körfəz bölgəsində nəqliyyatın minimum səviyyədə qalacağından ehtiyat edirlər.