Advertisment

Hindistan Baş nazirinin açılışını edəcəyi neftayırma zavodunda yanğın olub

Hindistanın Racastan ştatının Baltora bölgəsində “HPCL Pachpadra” neftayırma zavodunda yanğın baş verib.

“The Times of India”nın xəbərinə görə, hadisə yerinə onlarla yanğınsöndürən maşını cəlb olunub.

Ölən və ya yaralananların olduğu barədə məlumat verilməyib.

Bildirilib ki, Hindistan Baş naziri Narendra Modi zavodun açılışında iştirak etməli imiş.