Serbiya ölkədəki antidemokratik tendensiyaları aradan qaldıra bilməsə, təxminən 1,5 milyard avroluq Avropa İttifaqı maliyyəsini itirə bilər.
Herbiand.az xarici mənbələrə istinadən xəbər veir ki, bu barədə 20 aprel bazar ertəsi günü Avropa Parlamentinin üzvləri qarşısında çıxış edərkən Avropa Komissarı Marta Kos bildirib.
Kos mart ayında keçirilən bələdiyyə seçkiləri zamanı müşahidəçilər tərəfindən qeydə alınan qanun pozuntularına istinad edib.
Avropa Komissarının qeyd etdiyi kimi, Serbiyadakı digər antidemokratik tendensiyalara məhkəmə hakimiyyətinin müstəqilliyini sarsıdan qanunlar, etirazların yatırılması və müstəqil medianın işinə sistematik müdaxilə daxildir.
Kos vurğulayıb: "Serbiyada baş verənlərdən getdikcə daha çox narahatıq".
Onun sözlərinə görə, Avropa Komissiyası hazırda ölkənin Avropa İttifaqına üzvlüyə namizədi kimi islahat dəstəyi ödənişləri almaq şərtlərinə uyğunluğunu qiymətləndirir.