Advertisment

Alınan vətəndaşlığın hərbi komissarlığa gəlməməyə görə ləğvi haqqında qanun layihəsi geri götürülüb

Rusiyada hərbi xidmətə qeydiyyatdan keçməkdən imtina edən və sonradan əldə edilən vətəndaşlığın ləğvi üçün əsas götürülən qanun layihəsi geri götürülüb.

Herbiand.az bildirir ki, bu barədə RBC nəşri Rusiya Dövlət Dumasının onlayn məlumat bazasına istinadən məlumat verib.

Qanun layihəsi 2025-ci ilin iyul ayında Dumaya parlamentin Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov, onun birinci müavini Andrey Krasov, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasili Piskarev və onun müavini Ernest Valeyev tərəfindən təqdim edilib. Orada deyilirdi ki, Rusiya vətəndaşlığını əldə etmiş şəxslər üzrlü səbəb olmadan hərbi xidmətə qeydiyyatdan keçməsələr, hərbi qeydiyyat və komissarlıq müvafiq məlumatları Daxili İşlər Nazirliyinə göndərəcək. Bundan sonra Nazirlik vətəndaşlığın ləğvi barədə qərar verir. Əgər şəxs 30 gün ərzində hərbi qeydiyyat və komissarlığa müraciət edərsə vətəndaşlığın dayandırılması üçün əsaslar ləğv ediləcək.

Bəxtiyar CƏFƏRLİ