ABŞ sahillərində on minlərlə sirli sualtı obyekt aşkar edilib. Bu, mütəxəssisləri çaşdırıb, çünki obyektlərin mənşəyi hələ də izah olunmayıb.
Herbiand.az bildirir ki, bu barədə NYP nəşri yazıb.
Məlumata görə, UNO (uçan naməlum obyekt) məlumatlarını toplayan məşhur Enigma tətbiqi 2022-ci ildən bəri təxminən 30.000 məlumat alıb. Lakin, 2025-ci ilin avqust ayından bəri istifadəçilərin diqqəti səmadan okeana yönəlib.
Bu müddət ərzində ABŞ sahil xəttinin 10 mili daxilində 9000-dən çox sirli obyekt müşahidəsi qeydə alınıb. Bu obyektlərə NSO (naməlum sualtı obyektlər) deyilir. Şahidlər onları inanılmaz sürətlə hərəkət edən, sudan havaya və geri rahatlıqla keçə bilən cisimlər kimi təsvir edirlər.
Məlumatların əksəriyyəti Kaliforniya və Floridadan gəlib. Ekspertlər və rəsmilər bu obyektlərin milli təhlükəsizliyə təhdid yaratdığından və hökumətin həqiqəti gizlətdiyindən qorxurlar.
Hazırda heç bir təfərrüat verilmir.
Bəxtiyar CƏFƏRLİ