ABŞ ilə davam edən qarşıdurma fonunda Tehran Hörmüz boğazında yerli istehsal olan “Qadir” sinifli mini sualtı qayıqlarını yerləşdirir.
Herbiand.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı, kontr-admiral Şahram İrani “Dena” freqatında həlak olan dənizçilərin xatirəsinə keçirilən dəniz təlimi zamanı bildirib.
Qeyd edək ki, “Dena” freqatı ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumundan sonra 4 martda Şri-Lanka sahillərində Hind okeanında batıb.
“Qadir” sualtı qayıqları Fars körfəzinin məhdud suları üçün xüsusi olaraq hazırlanıb.
Sualtı qayıqlar 2007-ci ildə istifadəyə verilib və hazırda İranın aktiv sualtı qayıq donanmasının ən böyük hissəsini təşkil edir. Uzunluğu 29 metr, eni 2,75 metrdir. Heyət yeddi nəfərdən ibarətdir. Sualtı qayıq iki 533 mm-lik torpedo borusu ilə təchiz olunub.
Bəxtiyar CƏFƏRLİ