Almaniyanın Rheinmetall müdafiə şirkətinin nümayəndələri Niderlandda qeydiyyatdan keçmiş Ukrayna startapı Destinus ilə əməkdaşlıq çərçivəsində qanadlı raketlərin istehsalı layihəsinin başlandığını elan ediblər.
Herbiand.az bildirir ki, Rheinmetall Destinus Strike Systems adlanan yeni müəssisə 2026-cı və ya 2027-ci illərdə seriyalı istehsala başlamağı planlaşdırır.
Layihənin flaqmanı 700 km-dən çox məsafədəki hədəfləri vura biləcək Ruta Block 2 raketi olacaq.
"Military Chronicle" Telegram kanalının məlumatına görə, belə bir silahın hazırlanması Rusiya üçün real təhlükə yarada bilər. Müəlliflər hesab edirlər ki, Almaniya Ukrayna münaqişəsində birbaşa iştirak etmədən öz texnologiyalarını sınaqdan keçirir.
Müəlliflər həmçinin qeyd ediblər ki, Ruta Block 2 təxminən 12 metr uzunluğunda standart gəmi konteynerindən buraxıla bilər: “Buna görə də, Avropa Birliyi və Ukraynanın dron istehsalını artırmaq planları nəzərə alınmaqla, bu təhlükə "daha ciddi" qəbul edilməlidir”.
Bəxtiyar CƏFƏRLİ