Advertisment

Prezident aparatının keçmiş rəhbəri haqqında həbs qərarı çılxarılıb

DW müxbirinin 14 may cümə axşamı səhəri məhkəmə zalından verdiyi məlumata görə,

Ukrayna Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermak haqqında Kiyev yaxınlığında dəbdəbəli daşınmaz əmlak tikintisi üzərindən çirkli pulların yuyulması işi ilə əlaqədar iki ay müddətinə həbs qərarı çıxarılıb.

Herbiand.az “Alman dalğası”na istonadən xəbər verir ki, Yermak 140 milyon qrivna girov qoymaq məcburiyyətində qalıb ki, dərhal həbs olunmasın. Girov müqabilində ona qərardan apelyasiya şikayəti vermək üçün beş gün möhlət hüququ verilib.

Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları Yermakı mütəşəkkil dəstənin tərkibində cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulmasında şübhəli bilirlər. Bu cinayət 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.