Türkiyə Respublikasında hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi davam edir.
Müdafiə Nazirliyindən Herbiand.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlimin keçirildiyi ərazi ilə tanış olub, təlim yerlərində yaradılan şərait və yerinə yetirilən fəaliyyətlərlə maraqlanıb.
Qeyd edilib ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.