Advertisment

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 13 faiz artıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1,1 milyard dollar təşkil edib.

 

Herbiand.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may sayına dair ilkin göstəricilərinə istinadla xəbər verir ki, cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71 faiz, pambıq lifi 49,9 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 32,2 faiz, çay 12,1 faiz, spirtli və spirtsiz içkilər isə 9,4 faiz artıb.