Advertisment

Finlandiya dron təhlükəsi səbəbindən qırıcıları havaya qaldırdı

Paytaxtdan 50 kilometr şərqdə, Helsinki və Porvoo arasındakı ərazidə Finlandiyada dron təhlükəsi aşkar edilib.

Herbiand.az xəbər verir ki, bu barədə Finlandiya YLE telekanalı cümə günü, 15 may tarixində məlumat verib.

Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus Hornet qırıcı təyyarələri bu səhər ölkənin cənubundakı Uusimaa bölgəsi üzərində və Helsinki sahilləri yaxınlığında havaya qaldırılıb. Hakimiyyət orqanları təhlükə xəbərdarlığı edib və sakinləri evdə qalmağa və pəncərələrdən uzaq durmağa çağırıb.

Helsinki-Vantaa Beynəlxalq Hava Limanında əməliyyatlar bir neçə saatlıq dayandırılıb. AFP-nin məlumatına görə, uçuşlar yerli vaxtla səhər 4:00-dan səhər 7:00-dək dayandırılıb. Aeroport operatorunun məlumatına görə, uçuşların gecikməsi və ləğvi gün ərzində mümkündür.