Advertisment

Əraqçi xəbərdarlıq edib: İran İsrailin Livana hücumlarını ABŞ-la atəşkəsin pozulması hesab edir

ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması bütün regional cəbhələri əhatə edir.

Herbiand.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İran və ABŞ arasında atəşkəs birmənalı şəkildə bütün cəbhələri, o cümlədən Livanı əhatə edir.

Əraqçi qeyd edib ki, razılaşmanın istənilən istiqamətdə pozulması ümumi atəşkəsin pozulması hesab olunacaq: “Bir cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir”.

O əlavə edib ki, mümkün nəticələrə görə məsuliyyət ABŞ və İsrailin üzərinə düşəcək.