Advertisment

Litvanın müdafiə naziri: “Nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılmalıdır”

Litvanın müdafiə naziri Robertas Kaunas ölkə konstitusiyasından nüvə silahları da daxil olmaqla kütləvi qırğın silahlarının yerləşdirilməsinə qoyulan qadağanın çıxarılmasını təklif edib. Onun sözlərinə görə, bu, ölkəyə NATO-nun müdafiə potensialından tam istifadə etməyə imkan verəcək.

Herbiand.az bildirir ki, müdafiə naziri bu açıqlamanı Litvanın “Jinyu radiyas” radiostansiyasına verib.

Kaunas vurğulayıb ki, Litvanın üzvü olduğu Şimali Atlantika Alyansı həm müdafiə, həm də strateji çəkindirmə üçün nəzərdə tutulmuş nüvə qüvvələrinə malikdir: “Mövcud daxili qadağa ölkənin blokun müdafiə sisteminə inteqrasiyasını məhdudlaşdırır. "Litva praktik olaraq NATO-da nüvə silahlarını qadağan edən yeganə ölkədir. Bu, alyansın müdafiə potensialından tam istifadə etməyimizə mane olur, ona görə də mən konstitusiyanın müvafiq maddəsinin ləğv edilməsini dəstəkləyirəm”.

Bəxtiyar CƏFƏRLİ