Pentaqon ötən həftə İranın İordaniyaya hücumları nəticəsində yaralanan onlarla ABŞ hərbçisi haqqında məlumatı gizlədib.
Herbiand.az xəbər verir ki, The New York Times (NYT) mənbələrə istinadən İran qüvvələrinin ötən həftə İordaniyadakı Amerika hədəflərinə dörd dəfə zərbə endirdiyi barədə məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığı rəsmi olaraq 17 iyulda baş verən dördüncü zərbə dalğası zamanı iki ABŞ hərbçisinin öldüyünü, birinin itkin düşdüyünü, dördünün xəstəxanaya yerləşdirildiyini və bir neçəsinin yüngül xəsarət aldığını bildirib.
Lakin, ötən həftə baş verən əvvəlki üç zərbə dalğası zamanı onlarla ABŞ hərbçisi yaralanıb ki, Pentaqon bu barədə məlumat verməyib. Bundan əlavə, bu hücumlar zamanı bir neçə ABŞ hərbi helikopteri də zədələnib.