Advertisment

ABŞ internetdə ifadə azadlığı haqqında BMT sənədini qəbul etməyə çalışır – Politico

ABŞ sentyabr ayında BMT Baş Assambleyasında "ifadə azadlığı" haqqında bəyannamənin qəbul edilməsini tələb edəcək və dolayı yolla Aİ-nin onlayn platforma monitorinqi ilə bağlı qaydalarını hədəf alacaq.

Herbiand.az xəbər verir ki, bu barədə "Politico"nun məlumat yayıb.

Nəşrin xatırlatdığı kimi, hazırkı ABŞ administrasiyası digər ölkələrdə qəbul edilmiş onlayn platforma moderasiya qaydalarını dəfələrlə tənqid edib. Bəyannaməni imzalayan ölkələr "iddia edilən dezinformasiya və nifrət nitqi"nə görə cəzaların ifadə azadlığını təhdid edə biləcəyini "tanımağa öhdəlik götürürlər".

"Politico"nun yazdığına görə, sənəd həmçinin onlayn platformaları hökumətin məzmunu izləmək və silmək tələblərindən qorumağı hədəfləyir.

Nəşrin qeyd etdiyi kimi, ABŞ texnologiya şirkətləri tez-tez Aİ qaydalarına riayət etməklə bağlı xərclər və öhdəliklərdən şikayətlənirlər. Şirkətlərin sənədin hazırlanmasında iştirak edib-etmədiyi məlum deyil.