Advertisment

Rəsmi Bakının mövqeyi Knesseti erməni soyqırımı ilə bağlı səsverməni təxirə salmaqla nəticələndi

Azərbaycanın təzyiqi səbəbindən İsrail Parlamenti (Knesset) Birinci Dünya Müharibəsi dövründə Osmanlı İmperiyasında törədilmiş Erməni Soyqırımının İsrail dövləti tərəfindən rəsmi olaraq tanınması ilə bağlı səsverməni təxirə saldı.

Herbiand.az xibir verır kı: bu barədə bazar günü, iyulun 19-da İsrailin Haaretz onlayn nəşri mənbələrə istinadən məlumat verib.

Nəşrin İsraildəki anonim mənbələrinə görə, Baş nazir Benyamin Netanyahu, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətə nəzarət edən köməkçisi Hikmət Hacıyevin Netanyahunun ofisi ilə əlaqə saxlamasından sonra İsrail xarici işlər naziri Gideon Saarın təşviq etdiyi səsverməni bloklayıb. Nəticədə, İsrail hökuməti Bakıdakı rəsmilərə məsələnin Knessetin gündəliyindən çıxarıldığını və buna görə də yay tətilindən əvvəl səsvermələr seriyasına daxil edilməyəcəyini bildirib.