Advertisment

Si Cinpin Süni İntellekt Koalisiyasının yarandiğini elan edib

Çin sədri Si Cinpin 29 ölkənin iştirak etdiyi süni intellekt koalisiyasının yaradıldığını elan edib.

Si Çinin Şanxayda keçirilən Süni İntellekt üzrə Ümumdünya Konfransında (WCAI) çıxış edib. Çıxışında o, daha açıq süni intellekt inkişafına və beynəlxalq əməkdaşlığa çağırdı.

"Bu, Çinin Qlobal Cənub ölkələrinin çağırışlarına cavab olaraq atdığı vacib bir addımdır və süni intellektin aktiv inkişafı və idarə olunması üçün beynəlxalq ictimaiyyətin birləşməsi üçündür. Bu, süni intellekt inkişafı tarixində bir mərhələ olacaq", - deyə Si bildirib.

Çin sədri süni intellektdən sui-istifadənin və zərərli məqsədlərlə istifadənin qarşısını almaq, eləcə də bu texnologiyanın həmişə insan nəzarəti altında olmasını təmin etmək üçün qanunların və texnologiya monitorinq sistemlərinin tətbiqinə çağırıb.