Advertisment

Türkiyədə təlim helikopteri qəzaya uğraması səbəbləri araşdırılır

İyulun 22-si səhər saatlarında Türkiyənin Ankara vilayətinin Temelli rayonunda R44 təlim helikopteri qəzaya uğrayıb.

Herbiand.az xəbər verir ki, qəza nəticəsində pilot, təqaüddə olan polkovnik Yasaözden Bakkalbir həlak olub, daha bir pilot - Türkiyə Hərbi Hava Qüvvələrinin kapitanı Bilgehan Kurtoğlu yaralanıb.

Əraziyə çoxsaylı xilasetmə qrupu, yanğınsöndürənlər və polis göndərilib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek Ankarada qəzası ilə əlaqədar cinayət işi açıldığını bildirib.

Ədliyyə qəzada həlak olan Yasaözden Bakkalın ailəsinə və dostlarına başsağlığı verib. Yaralı, Türkiyə Hərbi Hava Qüvvələrinin kapitanı Bilgehan Kurtoğlunun vəziyyəti sabitdir.

Nazir qəzanın səbəbinin tam araşdırılacağına əminliyini bildirib.

R-44 helikopteri iyulun 22-də yerli vaxtla saat 10:02-də Ankara-Eskişehir magistral yolunun yaxınlığındakı Temelli rayonunda qəzaya uğrayıb.

Helikopter TUSAŞ müdafiə şirkətinin ərazisindən havaya qalxaraq təlim uçuşu həyata keçirirdi.