Advertisment

ABŞ-da təklif: Rusiyaya qarşı sanksiyalara Lindsi Qremin adı verilsin

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Rusiyaya qarşı yeni sanksiyalara, 11 iyulda vəfat edən respublikaçı senator və layihənin müəllifi Lindsi Qremin adının verilməsini təklif edib.

Herbiand.az bildirir ki, Pens bu təkliflə Fox News telekanalında çıxış edib.

"Senator Lindsi Qremin adının bu qanun layihəsinə daxil edilməsi tamamilə uyğun olardı. <…> Bunu imzalanması üçün Prezidentə [Donald Trampa] göndərin", - Pens deyib.

Onun sözlərinə görə, Konqres bununla Qremi, onun Moskvaya təzyiqi artırmaq və Kiyevi dəstəkləmək üçün uzunmüddətli fəaliyyətini qiymətləndirəcək.

Qeyd edək ki, senator Lindsi Qrem 11 iyulda 71 yaşında vəfat edib.

Bəxtiyar CƏFƏRLİ