Rusiya qoşunları 22 iyul çərşənbə günü səhər hücum dronlarından istifadə edərək Odessa vilayətinə zərbə endirib.
Herbiand.az xəbər verir ki, Regional hərbi administrasiyanın rəhbəri Oleh Kiperin Telegram kanalında yazdığına görə, mülki infrastruktur yenidən hədəfə alınıb.
Bir kənddə Rusiya dronunun ikimərtəbəli yaşayış binasına zərbə endirməsi nəticəsində bir qadın həlak olub. Başqa bir kənddə isə dron zərbəsi nəticəsində fərdi evin damı uçub, lakin heç kim xəsarət almayıb.
Bundan əlavə, hücum nəticəsində tütün anbarına və əsas qaz boru kəmərinə ziyan dəyib və onun təzyiqi aşağı düşüb.