Ukrayna xarici işlər naziri Andriy Sibiqa bəyan edib ki, Rusiya Şimali Koreyaya məxsus raket komplekslərini öz ərazisində yerləşdirərək Ukraynaya qarşı istifadə edərsə, həmin sistemlər Ukrayna Silahlı Qüvvələrinin legitim hərbi hədəfinə çevriləcək.
Nazir bu fikirləri Latviyanın xarici işlər naziri Bayba Braje ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Sibiqanın açıqlaması Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyanın Voronej vilayətində Şimali Koreyaya məxsus raket bölməsinin yerləşdirildiyi barədə yaydığı məlumatdan sonra verilib.
Ukrayna kəşfiyyatının iddiasına görə, Voronej vilayətində 120 ədəd Şimali Koreya istehsalı ballistik raketin və 6 buraxılış qurğusunun yerləşdirilməsi planlaşdırılır.
Ukrayna tərəfi hesab edir ki, bu silah sistemlərinin döyüş əməliyyatlarında istifadəsi halında onlar beynəlxalq humanitar hüquq çərçivəsində legitim hərbi hədəf hesab olunacaq.