Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində ilk dəfə qadın hərbçiyə general rütbəsi verilib.
Polkovnik Özlem Karapınar Ali Hərbi Şuranın iclasında qəbul edilən qərarla general hərbi rütbəsinə yüksəldilib.
Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclasında təsdiqlənib.
Məlumata əsasən, 49 yaşlı Özlem Karapınar uzun illər xidmət etdiyi Hərbi Hava Qüvvələrində peşəkarlığı və uğurlu fəaliyyəti ilə fərqlənib.
Beləliklə, o, Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində general rütbəsinə layiq görülən ilk qadın hərbçi kimi tarixə düşüb.