Advertisment

İran XİN başçısı Pakistana səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi avqustun 7-də rəsmi səfərlə Pakistana gedəcək.

Bu barədə Pakistanın “The Nation” nəşri məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Əraqçi İslamabadda Pakistanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcək.

Danışıqlarda İran-Pakistan ikitərəfli münasibətlərinin inkişafı, regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki son geosiyasi vəziyyətin müzakirə olunacağı gözlənilir.

Səfər İranla ABŞ arasında gərginliyin davam etdiyi və regionda diplomatik təşəbbüslərin intensivləşdiyi bir dövrə təsadüf edir.

Məlumata görə, Pakistan son aylarda Tehran və Vaşinqton arasında mümkün dialoq kanallarının formalaşdırılması istiqamətində diplomatik səylər göstərən ölkələrdən biri kimi çıxış edir.