4 avqust tarixində Finlandiyadakı Rauma gəmiqayırma zavodunda ölkənin Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş “Pohjanmaa” sinifli 4-cü çoxməqsədli korvetin kilinin təməli qoyulub.
Herbiand.az bildirir ki, təməlin qoyulması ənənəvi, simvolik olaraq əhəmiyyətli bir hadisədir və hərbi gəminin yığılmasının faktiki başlanğıcını qeyd edir.
İlk iki korvet artıq suya buraxılıb və hazırda suda tamamlanmaq üzrədir. Üçüncü gəmi isə 2026-cı ilin yanvar ayında suya salınıb.
Müdafiə missiyalarına əlavə olaraq, yeni “Pohjanmaa” sinifli korvetlər ticarət gəmiçiliyini və dəniz infrastrukturunu da qoruyacaq.
Gəmilərin uzunluğu 114 metr, eni 16,5 metrdir. Elan olunan heyət tərkibi 73 nəfərdir (tutumu - 120).
Silahlanmaya 57 mm-lik “Bofors” topları, Israel Aerospace Industries şirkətinin “Gabriel-5” gəmi əleyhinə raketləri, ABŞ-da yerləşən Raytheon şirkətinin RIM-162 ESSM zenit raketləri, eləcə də İsveçin Saab şirkətinin yüngül 323 mm-lik torpedaları və məsafədən idarə olunan 12,7 mm-lik döyüş başlıqları daxildir.
Bəxtiyar CƏFƏRLİ