Suriya ermənilərinə pasportların verilməsi üçün ümumilikdə 29.615.000 dram (təxminən 81.500 dollar – red.) ayrılıb.
Herbiand.az erməni mənbələrinə istinadən xbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin 6 avqustda keçirilən iclasında qəbul edilib.
Vəsait Ermənistan pasportlarının verilməsi və ya dəyişdirilməsi, eləcə də Ermənistan dövlət büdcəsinə rüsumların ödənilməsi üçün istifadə olunacaq.
2026-cı ilin ikinci rübü ərzində 489 belə pasport verilib.
Sənədlər Dəməşqdəki Ermənistan səfirliyi (88 pasport) və Hələbdəki Ermənistanın Baş konsulluğu (401 pasport) tərəfindən verilib.