Advertisment

Rus ordusuna növbəti Su-35 qırıcıları verilib

Birləşmiş Aviasiya Korporasiyası Rusiya Aerokosmik Qüvvələrinə yeni Su-35S çoxməqsədli qırıcılarının növbəti partiyasını təhvil verib.

Herbiand.az bu barədə Korporasiyanın da daxil olduğu “Rostex”-in mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, 4++ nəsil təyyarə zavod sınaqlarının tam dövrünü başa vurub və müxtəlif iş rejimlərində sınaqdan keçirilib.

Bəxtiyar CƏFƏRLİ