Advertisment

Putin: Xüsusi hərbi əməliyyatların iştirakçıları üçün sosial təminatların gücləndirilməsi vacibdir

Rusiya prezidenti Vladimir Putin "Birlikdə qalib gələcəyik" adlı xüsusi hərbi əməliyyatlar veteranları forumunun iştirakçılarını və təşkilatçılarını salamlayaraq, xüsusi hərbi əməliyyatda iştirak edənlər üçün sosial təminatların gücləndirilməsinin vacibliyini qeyd edib.

Herbiand.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş teleqramda bildirilir.

"Sizi "Birlikdə qalib gələcəyik" Ümumrusiya xüsusi hərbi əməliyyatlar veteranları forumunun açılışında salamlayıram... Xüsusi hərbi əməliyyatda iştirak edənlər üçün sosial təminatların davamlı olaraq gücləndirilməsi vacibdir", - teleqramda qeyd edilib.

Dövlət başçısı veteranlar hərəkatının, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirən forumun xüsusi hərbi əməliyyatlar veteranlarına yeni bacarıqlar əldə etmək, tibbi yardım və reabilitasiyada necə kömək etmək barədə ətraflı müzakirələr üçün platformaya çevriləcəyinə əminliyini bildirib.

Prezident Rusiyada yaradılmış veteranlara, onların ailələrinə və yaxınlarına dəstək sisteminin inkişaf etdiyini, təşəbbüslərlə və real hərəkətlərlə dolu olduğunu vurğulayıb, Vətən Müdafiəçiləri Fondunun və digər təşkilatların xüsusi hərbi əməliyyatlar veteranlarının biznesə, yaradıcılığa və gələcək nəsillərin təhsilinə cəlb olunmasına verdiyi əhəmiyyətli töhfəni qeyd etdi.

Bəxtiyar CƏFƏRLİ