Advertisment

II Qaregin və altı ruhaniyə qarşı iş üzrə məhkəmə iclasının vaxtı açıqlanıb

Bütün Ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin və Ali Ruhani Şuranın üzvü olan altı yepiskop və arxiyepiskopa qarşı cinayət işi üzrə ilkin məhkəmə iclasının vaxtı açıqlanıb.

Vəkil Ara Zöhrabyanın “Facebook” səhifəsində verdiyi məlumata görə, iclas avqustun 28-də saat 16:30-da Vaqarşapat Məhkəməsində keçiriləcək. İşə hakim S. Ruşanyanın sədrliyi ilə baxılacaq.

Vəkil bildirib ki, II Qaregin və digər ruhani şəxslər Ermənistan Cinayət-Prosessual Məcəlləsinin 272-ci maddəsinin 4-cü hissəsinə əsasən məhkəmə iclasında iştirak etməyəcəklər. İclasda onların müdafiəçiləri iştirak edəcək.

Zöhrabyanın sözlərinə görə, ittiham aktında II Qareginin keçmiş yepiskop Gevorq Saroyanın vəzifədən kənarlaşdırıldığını elan etməsi prokurorluq tərəfindən məhkəmə qərarının icrasına maneə kimi qiymətləndirilib.