Advertisment

Tramp Zelenskinin “Patriot” raketləri ilə bağlı müraciətinə cavab verdi: “Onlar hazırda bizə daha çox lazımdır”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərə ən böyük ehtiyac ABŞ-ın özündədir.

Tramp Ukraynanın əlavə “Patriot” raketləri ilə bağlı müraciətini şərh edərkən Vaşinqtonun ilk növbədə milli təhlükəsizlik maraqlarını nəzərə aldığını deyib.

Onun sözlərinə görə, ABŞ müdafiə sənayesi sursat istehsalını sürətlə genişləndirsə də, bəzi strateji silah növləri, o cümlədən “Patriot” kompleksləri üçün tutucu raketlərin ehtiyatı məhdud olaraq qalır.

Tramp qeyd edib ki, bu vəziyyət Vaşinqtonun həm Ukraynaya hərbi dəstək imkanlarına, həm də dünyanın digər bölgələrindəki təhlükəsizlik öhdəliklərinə təsir göstərir.

Eyni zamanda, ABŞ administrasiyası Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ilə bağlı alternativ həll yollarını araşdırmağı davam etdirir. Müzakirə olunan variantlar arasında “Patriot” raketlərinin gələcəkdə Ukraynada istehsalı və ya Almaniyada son montajının həyata keçirilməsi də yer alır.

Bununla belə, bu layihələrin icrasının qısa müddətdə mümkün olmadığı, onların reallaşmasının ən azı bir il vaxt aparacağı bildirilir.