Kiyevdə münaqişənin ilin sonuna qədər həll olunacağına şübhə ilə yanaşırlar.
Herbiand.az bildirir ki, bu barədə “RBC-Ukrayna” yazıb.
“Bu il sülh yolu ilə nizamlanmanın real perspektivləri demək olar ki, yoxdur - bu, “RBC-Ukrayna”nın son həftələr ərzində Ukrayna hökumətindəki bir çox həmsöhbətindən və xarici diplomatlardan eşitdiyi qiymətləndirmədir”, - məqalədə qeyd edilib.
Nəşr yazır ki, “ukraynalı danışıqçılardan” biri bildirib ki, tərəflər “yeni ideyalar axtarışındadır, çünki köhnələri işə yaramır”. Əlavə edilir ki, ümidlər ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cerard Kuşnerin Kiyevə gözlənilən səfərinə, sonra isə onların Moskvaya potensial səfərinə bağlıdır.
Bəxtiyar CƏFƏRLİ