Advertisment

Ukrayna PUA-larının hücumu “Wildberries” anbar kompleksində yanğına səbəb olub

Rusiyanın Vladimir vilayətində yerləşən “Wildberries” şirkətinin logistika mərkəzi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Vilayətin qubernatoru Aleksandr Avdeyevin açıqlamasına görə, Sobinski rayonundakı anbar kompleksinə endirilən zərbə nəticəsində ərazidə yanğın baş verib, həmçinin tikililərə ziyan dəyib.

Qubernatorun sözlərinə görə, təhlükəsizlik tədbirləri çərçivəsində insanlar vaxtında ərazidən çıxarılıb. Hazırda yanğının söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması üçün fövqəladə xidmətlərin əməkdaşları ərazidə fəaliyyət göstərirlər.

İlkin məlumata əsasən, hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Hadisənin səbəbləri və dəymiş ziyanın həcmi ilə bağlı araşdırma aparılır.