Advertisment

Rusiyalı çavuş Ukrayna ordusunun PUA-nı arxasınca apararaq bir qrup hərbçini xilas edib

4-cü Qvardiya Hərbi Bazasının tağım komandirinin müavini, serjant Roman Marçenko Ukraynaya məxsus pilotsuz uçan aparatı adaya apararaq xüsusi hərbi əməliyyat zonasında bir qrup hərbçini xilas edib.

Herbiand.az bildirir ki, onun hekayəsi Rusiya Müdafiə Nazirliyinin rəsmi Telegram kanalında dərc olunub.

2026-cı il fevralın sonunda Xerson istiqamətində bir qrup rus döyüşçüləri Zmeinı adasına daxil olublar. Qrupun əsas vəzifəsi Dnepr deltasındakı adanın müdafiəsi idi. Bu zaman onları Ukrayna ordusunun PUA-sı görüb. Marçenko pilotsuz təyyarəni adanın dərinliyinə aparıb və qrup evakuasiya olunana qədər orada qalıb. Daha sonra öz bölüyünə çatıb.

R.Marçenko göstərdiyi qəhrəmanlığa görə “Şücaət” ordeni ilə təltif edilib.

Bəxtiyar CƏFƏRLİ