Advertisment

Əhalinin gəlirləri 10 faizədək artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631,8 milyon manat təşkil edib.

Herbiand.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çoxdur.