Advertisment

Türkiyə HHQ-nin yeni komandanı təyin edilib

Avqustun 4-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib.

Herbiand.az xəbər verir ki, iclasda vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan, Silahlı Qüvvələrin Baş qərargah rəisi Selçuk Bayraktaroğlu və digər rəsmi şəxslər iştirak ediblər.

İclasın yekunlarına dair mühüm kadr dəyişiklikləri ilə bağlı bir neçə qərar elan edilib. Rotasiya yüksək hərbi vəzifələri əhatə edib.

Rafet Dalkıran Türkiyə ordusu Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı təyin olunub. Bununla yanaşı, 25 general və admiralın rütbələri artırılıb, habelə 69 polkovnik general və admiral rütbələrinə yüksəldilib.

Ali Hərbi Şuranın qərarı 2026-cı il avqustun 30-da qüvvəyə minəcək.