Advertisment

Ukrayna ordusu Rusiyanın Orsk şəhərində neftayırma zavodunu vurub

Avqustun 11-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Orenburq vilayətindəki neft emalı zavoduna zərbə endirib.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının “Facebook səhifəsində məlumat yayılıb.

Ukrayna ordusu Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorgsintez” neftayırma zavoduna zərbə endirib. Bu, Orenburq vilayətindəki ən böyük neftayırma zavodlarından biridir və Rusiyanın yanacaq-enerji sektoruna daxil olan şirkətdir.

Zavod ildə təxminən 6 milyon ton neft emalı gücünə malikdir. Zavodda avtomobil benzini, dizel və aviasiya yanacağı, mazut, bitum, digər neft məhsulları istehsal olunur. Zərbədən sonra zavodda yanğın baş verdiyi bildirilib.

Zərərin miqyası müəyyənləşdirilir.