Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən Herbiand.az-a bildirilib ki, hesabat dövründə 119 ölkəyə məhsul ixrac edilib, 155 ölkədən isə məhsul idxal olunub.
Yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 26 milyard 54,2 milyon dolları təşkil edib. Bu dövrdə 9 milyard 372 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,1 faiz artıb, real ifadədə isə 13,1 faiz azalıb.