Advertisment

“Qarabağ” “Dinamo”nu qəbul edir

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da növbəti mərhələyə vəsiqə uğrunda mübarizəyə çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək. Tərəflər arasında Ukraynada keçirilən ilk görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Buna görə də “Qarabağ”ın pley-off mərhələsinə yüksəlməsi üçün Bakıdakı qarşılaşmada ən azı iki top fərqi ilə qələbə qazanması tələb olunur.

Cütün qalibi növbəti mərhələdə “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) qarşılaşmasının üstün tərəfi ilə üz-üzə gələcək. Bu cütün ilk oyununda “Tvente” rəqibini 6:0 hesabı ilə məğlub edib.

13 avqust

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi – cavab oyunu

20:00. “Qarabağ” – “Dinamo” (Kiyev)

Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)

İlk oyun: 0:1